Tacikistanda daha bir zəlzələ - Yenilənib

Tacikistanda 6,8 bal gücündə zəlzələ baş verib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Murqaba yaşayış məntəqəsindən 66 kilometr cənub-qərbdə yerləşib. Sözügedən məntəqədə isə 10,8 min insan yaşayır.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki məlumat verilməyib.
Zəlzələdən sonra 3 afterşok qeydə alınıb.
09:16
***
Tacikistanda daha bir zəlzələ baş verib.
Bakupost.az “MİR”ə istinadən xəbər verir ki, yeraltı təkanlar Sarez gölü rayonu ərazisində baş verib.
Zəlzələnin maqnitudası 5 olub.