ABŞ Tayvanda hərbi mövcudluğunu artıracaq


ABŞ Tayvanda hərbi mövcudluğunu artıracaq.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi Çini təhrik etməmək üçün bu məlumatı yaymamağa üstünlük verir. Qurum yaxın aylarda adadakı hərbi kontingentin sayını artırmağı planlaşdırır.

Məlumata görə, ABŞ ordusu yerli silahlı qüvvələrə təlim keçəcək. Tayvanda ABŞ qüvvələrinin sayındakı gözlənilən artım son onilliklərin ən böyük artımı olacaq.

Mənbə: The Wall Street Journal