ABŞ Ukraynaya yeni yardım paketini elan edəcək

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya təhlükəsizlik üçün əlavə 2 milyard dollar yardım göndəriləcəyini deyib.
“Birləşmiş Ştatlar bu gün Ukraynaya əlavə 2 milyard dollarlıq təhlükəsizlik yardımı paketi elan edib”, - deyə Sallivan bildirib.
O, Ukraynanın “F-16” döyüş təyyarələri tələbi ilə bağlı da danışıb.
Amerikalı müşavir qeyd edib ki, Ukrayna mühüm əks-hücuma keçmək üzrədir və onlar “F-16”ların bu hücumlar çərçivəsində əsas imkanlar olduğunu düşünmürlər.
“Söhbət Ukraynanın uzunmüddətli müdafiəsindən gedir”, - deyə Sallivan qeyd edib. O bildirib ki, Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski də məsələni bu şəkildə müzakirə ediblər.
ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları fevralın 24-də müharibənin ildönümündə elan edəcəyi gözlənilir.
Mənbə: CNN