Çin Rusiyaya hansı silahı satır? - “Spiegel” açıqladı

Rusiya Çinlə ZT-180 kamikadze dronlarının tədarükü ilə bağlı danışıqlar aparır.
Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri bildirib.
Nəşr qeyd edir ki, bu PUA-ların istehsalçısı “Bingo” artıq 2023-cü ilin aprel ayına qədər dronları Rusiyaya təhvil verməzdən əvvəl 100 ZT-180 PUA istehsal edib sınaqdan keçirməyə razılaşıb.

Hərbi ekspertlər hesab edirlər ki, ZT-180 35-50 kq ağırlığında döyüş başlığını daşımağa qadirdir. Bu PUA-ların dizaynı İranın "Şahed-136"nın dizaynı ilə oxşar ola bilər.
Bundan əlavə, "Bingo" Rusiyaya ayda 100-ə yaxın dron istehsal etməyə imkan verən komponent və texnologiya tədarük etməyi planlaşdırır.