Zelenskinin büstləri satışa çıxarıldı - FOTO

Ukrayna prezidenti Vladimir Zelenskinin büstləri satışa çıxarılıb.
Bakupost.az bildirir ki, bu, Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə həyata keçirilib.
Büstlər Lvovdakı Vernisaj bazarında satışa çıxarılıb. Satışdan əldə olunan vəsaitin orduya köçürüləcəyi bildirilib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin artıq 1-ci ili tamam oldu.
Zelenski ötən ay verdiyi açıqlamada "Bu müharibəni biz başlamamışıq, lakin biz bitirməliyik. Bu müharibəni daha tez bitirməyimizə kömək edin" deyib.
Zelenski dünya liderlərini tez qərarlar qəbul etməyə və Rusiyanın apardığı müharibəyə qarşı çıxmaq üçün Kiyevi ağır silahlarla dəstəkləməyə çağırıb.