KİV: "Çindən Rusiyaya PUA və silah-sursat tədarükü ilə bağlı danışıqlar aparılır"

Çin Rusiyaya PUA, artilleriya sistemləri və döyüş sursatları verə bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.
Qeyd olunub ki, hazırkı mərhələdə 100 PUA-nın Rusiyaya tədarükü ilə bağlı danışıqlar aparılır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb.