Almaniya İrandan bunlara son qoymasını tələb edir - BƏYANAT

Almaniya hökuməti İranın bölgədəki təxribatçı hərəkətləri barədə Tehran rejiminə xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin İran təhdidi ilə bağlı yaydığı bəyanatda bildirilib.

Bəyanatda Tehran rejiminin xüsusən İraq və Suriyadakı qıcıqlandırıcı və sabitliyi pozan fəaliyyətləri tənqid edilib. Bununla yanaşı, Almaniya dövləti Tehranın nüvə proqramının inkişaf etdirilməsinə yönəlmiş səylərinin də təhlükə doğurduğunu bildirib.
Bəyanatın sonunda Tehran rejimindən repressiyalara son qoyması və barbar üsullardan istifadə edərək etirazları yatırmağı dayandırması tələb olunub.