Həyat yoldaşını qaynar su ilə yandırdı

Mənzildə qorxunc olay yaşanıb

  Zəlzələni intiqam alətinə çevirənlər də var. Hadisə zəlzələnin dağıtdığı Hatay bölgəsində yaşanıb. “Şərq” Milliyet.con”a isitnadən bildirir ki, 27 yaşlı Aləv Altun Küveytdə bərbər işləyən və 9 ay əvvəl boşandığı keçmiş həyat yoldaşı tərəfindən işgəncəyə məruz qalıb. Hataydakı zəlzələdə 2 övladıyla evsiz qalan qadına zəlzələ xəbərini alıb Türkiyəyə dönən keçmiş həyat yoldaşı Savaş Atun “gəl, barışaq, uşaqlarla mənim evində qalın”, təklifi edib. Aləv təklifi qəbul edib. Sonra isə mənzildə qorxunc olay yaşanıb. Keçmiş əri gecə saatlarında Aləvin üzərinə qaynar su töküb. Və “dua et, səni öldürmədim” deyərək uşaqları və qadının pul qabındakı 3 min TL-ni də götürərək qaçıb. Qadın ağrı içində anasının evinə gedib, qonşuların yardımı ilə xəstəxanaya aparılıb. Bu sırada keçmiş həyat yoldaşı uşaqları öz bacısıgilə aparıb, sonra da ölkədən qaçmağa çalışıb. Lakin polis tərəfindən yaxalanıb. İfadəsində S.Altun “yenə tərpənişlər oldu, o sırada qadının üstünə isti su töküldü”, deyərək əməlini gizlətməyə çalışıb. Amma polis həbs qərarı çıxarıb. Uşaqlar nənələrinin öhdəsinə verilib. Aləv Altun isə birinci dərəcəli yanıq diaqnozu ilə müalicə olunur. Sifəti yanmış qadın “ədalət tələb edirəm. Uşaqlarımla yalqız qaldım. Mənə kömək edin”, - deyə yalvarır. 

Məlahət