Kanada İrana qarşı sanksiyalar siyahısına 12 nəfəri əlavə edib


Kanada hakimiyyəti daha 12 şəxsi İrana qarşı sanksiyalar siyahısına daxil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, bu, İranda insan haqlarının pozulması ilə bağlıdır. Lakin onların vəzifələri açıqlanmayıb.

Belə ki, həmin şəxslərə Şimali Amerika ölkəsinə girişi qadağan olunacaq, Kanadadakı bank hesabları dondurulacaq.