İsraildən İrana siqnal: sərhəddə səfirlik açılır

İsrail Türkmənistanda İranla sərhəddən 30 km məsafədə səfirlik açacaq.
Bakupost.az xəbər verir ki, İsrailin Xarici İşlər naziri Eli Koenin missiyanı açmaq üçün tezliklə Türkmənistana səfər edəcəyi gözlənilir.
Bu addımın İsrailin regionda təsirinin artdığına dair İrana siqnal vermək məqsədi daşıdığı bildirilir.