Yazıçı Vilyamson yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürür


2020-ci ildə keçiriləcək seçkilərdə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədin irəli sürülməsinə çalışan amerikalı yazıçı Marianna Vilyamson yenidən seçki yarışına qatılmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz ölkədə baş verənlərdən kədərlənirik, ölkə üçün narahatıq. Bilirik ki, ölkə indi bir çox problemlərlə üz-üzədir. Bu gün mən ABŞ prezidentliyinə namizədəm”, - o bildirib.

Vilyamson sözlərinə görə, o, “ədalətsizlik və qorxu qüvvələrinə” qalib gəlməyə çalışacaq. O qeyd edib ki, seçki kampaniyası zamanı diqqəti ABŞ-də gəlir bərabərsizliyi və korrupsiya problemlərinə yönəltmək niyyətindədir.