Vuçiç: "Serbiya nə Rusiyaya, nə də Ukraynaya silah verir"


"Serbiya nə Rusiyaya, nə də Ukraynaya silah verir".

"Report" xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç "Pink" telekanalının efirində deyib.

Onun sözlərinə görə, Serbiya sursat istehsal edib satır, lakin Rusiya və Ukraynaya silah vermir.

Bundan əvvəl Serbiyanın “Kruşik” müdafiə şirkəti Ukraynaya silah satışı ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Kruşik" rəhbərliyi şirkətin Kiyevi “Qrad” sistemləri (MLRS) üçün 122 mm-lik raketlərlə təchiz etməsini “qeyri-dəqiq məlumat” adlandırıb.

Həmçinin bildirilir ki, şirkət Ukraynanın son istifadəçi sertifikatında idxalçı kimi qeyd olunan Türkiyənin “Arca Savunma Sanayi Ticaret Limited” şirkəti ilə təchizat müqaviləsi bağlamayıb.