Baxmutda hər saat cəhənnəm kimidir - Nazarenko


Ukrayna qoşunları Rusiya qoşunlarının intensiv və davamlı hücumlarına baxmayaraq, son bir neçə gündə Baxmutda cəbhə xəttini stabilləşdirib.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının leytenantı Vladimir Nazarenko deyib.

O qeyd edib ki, ruslar Baxmutka çayını keçməyib, şəhərin mərkəzi isə Ukrayna müdafiəçilərinin nəzarətində qalır:

"Baxmutda hər saat cəhənnəmə bənzəyir. Düşmən bir həftə əvvəl Baxmutun şimalında, şimal-qərbində uğur qazanıb. İndi də düşmən zəif yer tapmağa, şimalda psixoloji hədə-qorxu əməliyyatları keçirməyə çalışır. Lakin Ukrayna hərbçiləri yaxşı cavab verirlər", - Nazarenko bildirib.