İranda  tələbə hökumət qüvvələri tərəfindən qaçırıldı


İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, İranda Kərəc şəhərinin Qızlar Texniki-Peşə Universitetinin tələbəsi Sarina Mahmud-Salehi universitetin yataqxanasında zəhərlənməsi xəbərindən sonra martın 4-ü axşam saatlarında mülki geyimli hökumət qüvvələri tərəfindən qaçırılıb.

Qız tələbəni həbs edən orqan və onun hazırki durumu barədə dəqiq məlumat yoxdur.