AB ölkələri Moldovaya missiya göndərir

Bir sıra Avropa Birliyi ölkələri bu yay Moldovaya mülki missiya göndərməyi planlaşdırırlar.

Axar.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindəki mənbələr bildirib.

Bildirilib ki, Baltikyanı ölkələr, Almaniya, Polşa, İsveç, Danimarka, Portuqaliya, Polşa, Rumıniya və Çexiya Moldovaya mülki missiyanın göndərilməsini dəstəkləyir.