Xameneyidən zəhərlənmələrlə bağlı açıqlama: Cinayətdir!

İranın dini lideri Ayətullah Əli Xamenei İranda tələbə qızların zəhərlənməsindən sonra açıqlama verib.
Bakupost.az xəbər verir ki, Xameneyi hadisədə əli olanların ciddi şəkildə cəzalandırılmalı olduqlarını bildirib.
O bildirib ki, səlahiyyətlilər məsələyə ciddi yanaşmalıdır:
“Bunun cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı törədilməsi bağışlanmaz cinayətdir. Hər kəs bilməlidir ki, bu cinayəti törədənlər müəyyən edilərsə, onlar heç vaxt bağışlanmayacaq. Başqalarına ibrət dərsi olmaq üçün onları ən ağır şəkildə cəzalandırmaq lazımdır”.