İranda daha bir əcnəbi vətəndaş həbs edilib


İranda daha bir əcnəbi vətəndaş həbsə məhkum edilib.

Bu barədə Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, iranşünas Nikita Smaqin xəbər verib.
Onun sözlərinə görə, İrlandiya və Fransa vətəndaşı olan Bernard Felan İranın milli təhlükəsizliyinə təhdid ittihamı ilə 6,5 il müddətinə həbs cəzasına məhkum edib.

Məlumata görə, əvvəllər Parisdə turizm məsləhətçisi işləmiş 64 yaşlı Felan ötən ilin oktyabrında İranın Məşhəd şəhərində saxlanılıb. O, “düşmən dövlətə məlumat ötürməkdə” təqsirləndirilib.

Bundan əlavə, Felan İranın kəndlərinin birindən 900 illik saxsı qabları oğurlamaqda günahlandırılıb.

Felan hər iki ittihamı rədd edir.

Xatırladaq ki, İranın Məşhəd şəhərində daha bir fransalı həbsdə saxlanılır. Məlumata görə, Vəkilabad həbsxanasında saxlanılan Benjamin Breyerin azadlığa buraxılması barədə qərar verilməsinə baxmayaraq, SEPAH onun sərbəst buraxılmasına mane olub. İran və Almaniya vətəndaşlığı olan 67 yaşlı Cəmşid Şarməhdə isə edam hökmü verilib.

Mənbə: EurAsia Daily