Ermənistan hərbçisinin meyiti tapılıb

Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin hərbçisi Andranik Karoyeviç Ohanyanın meyiti aşkar edilib.
“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, meyit martın 8-də aşkarlanıb. Məlumat isə bu gün yayılıb.
Faktla bağlı araşdırma aparılır.