İran Rusiyadan “Su-35” qırıcılarının alınması ilə bağlı müqavilə imzalayıb.
APA-nın xəbərinə görə, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, müqavilə İrana adi silahlar almağı qadağan edən BMT-nin silah embarqosunun müddəti bitdikdən sonra imzalanıb.
İran mətbuatının məlumatına görə, söhbət 24 təyyarədən gedir.