Çin parlamenti Li Şanfunu ölkənin müdafiə naziri təyin edib

14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) bazar günü 1-ci sessiyasının nümayəndələri Li Şanfunun Çin Xalq Respublikasının müdafiə naziri təyin edilməsini təsdiqləyiblər.

Trend xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Çin Kommunist Partiyasının (ÇKP) 2022-ci ilin oktyabrında keçirilmiş 20-ci Qurultayının yekunları üzrə 65 yaşlı Li Şanfu ÇKP Mərkəzi Komitəsinin Hərbi Şurasına daxil edilib. Cari sessiya zamanı o, ölkənin ali dövlət hərbi orqanının - Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının yenilənmiş tərkibinə daxil olub.