ABC: ABŞ-da iki qayığın çevrilməsi nəticəsində ən azı 8 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində çimərlik yaxınlığında iki qayığın çevrilməsi nəticəsində azı 8 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə bazar günü fövqəladə xidmətlərə istinadən ABC telekanalı məlumat yayıb.

Qeyd olunur ki, iki balıqçı qayığı ilə insident şənbə günü axşam saatlarında baş verib.