Ermənistan xarici işlər nazirinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərinin tarixi açıqlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, səfər martın 20-də baş tutacaq.
O, martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Nazirlərin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkləri gözlənilir.