ABŞ-də səmada yanan alov topları  görünüb

ABŞ-ın Kaliforniya ştatında səmasında meteora bənzər atəş topları görünüb.

 Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Astronomlar yanan obyektlərin Beynəlxalq Kosmik Stansiyada istifadə olunan yapon rabitə sisteminin vaxtı keçmiş qalıqları olduğunu bildiriblər. Yer atmosferinə daxil olan kosmik tullantıların çoxunun yandığı, lakin bir hissəsinin yerə düşdüyü ehtimal edilir. Məlumdur ki, Yer kürəsinin orbitində süni peyklərdən və buna bənzər kosmik gəmilərdən ibarət on minlərlə “kosmik zibil” var.