İrandan Ermənistana ixrac son 6 ayda 51,43 faiz artıb

     
İranın Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrə ixracı 3,09 milyon tona (məbləğ: 1,34 milyard dollar) çatıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın "Financial Tribune" nəşri məlumat yayıb.

İran Gömrük İdarəsinin açıqladığı son məlumatlara görə, 2022-ci ilin martın 21-dən 2023-cü ilin fevralın 19-dək İrandan AİB üzvü olan ölkələrə ixrac 3,09 milyon tona çatıb, məbləğ 1,34 milyard dollar təşkil edib. İllik ifadədə artım 24,69 faiz təşkil edib.

Rusiya: 1,27 milyon ton, məbləğ: 672,83 milyon dollar (artım: 22,79 faiz), Ermənistan: 1,3 milyon ton, məbləğ: 422,09 milyon dollar (artım: 51,43 faiz) və Qazaxıstan: 443,927 ton, 173,72 milyon dollar təşkil edib.

"Mehr"in məlumatına görə, həmin dövrdə idxal 2,38 milyon ton olub, məbləğ 1,48 milyard dollar olub və 62,44 faiz azalıb.

İrana əsas ixracatçı Rusiya olub: 2,08 milyon ton, məbləğ: 1,3 milyard dollar (azalma: 63,42 faiz). Ondan sonra Ermənistan: 265 min 89 ton, məbləğ: 119,26 milyon dollar (azalma: 65,16 faiz) və Belarus: 15 min 601 ton, məbləğ: 38,55 milyon dollar (artım: 38,84 faiz) gəlir.