Stoltenberq İraq xarici işlər naziri ilə görüşəcək

NATO Baş katibi Yens Stoltenberq İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyni qəbul edəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Görüş martın 20-də NATO-nun baş qərargahında baş tutacaq.