Aİ Ukrayna üçün bir milyon artilleriya mərmisi alacaq


Avropa İttifaqı (Aİ) Ukrayna üçün artilleriya mərmilərinin alınmasına vəsait ayırmaq niyyətindədir.

Bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər verib.

Bloka üzv ölkələr gələn il ərzində bir milyon artilleriya sursatının birgə alınması üçün Avropa Sülh Fondundan bir milyard avro ayrılması ilə bağlı razılığa gəlməyi planlaşdırırlar.

Bundan əlavə, onlar daha bir milyard avronun ayrılmasını dəstəkləyəcəklər. Bu vəsaitlə Aİ-yə üzv dövlətlərin Kiyevə göndərdikləri ehtiyat sursatlarının xərcləri ödənəcək.