Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi nə qədərdir? -Açıqlandı


Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-a çatıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabında məlumat verib.

Bildirilib ki, son sutkada Ukraynada 700-dən çox rusiyalı hərbçi likvidasiya edilib.
Həmçinin Rusiyanın 24.02.2022-ci ildən 20.03.2023-cü ilə qədər ümumi döyüş itkiləri təxminən 3 537 tank, 6 869 zirehli maşın, 2 577 artilleriya sistemi, 290 helikopter, 305 təyyarə, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 5 min 416 avtomobil və tanker, 265 xüsusi texnika, 907 qanadlı raket olub.