ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatında Saakaşvilinin də adı çəkilir


Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti dünyada insan haqlarının vəziyyəti ilə bağlı 2022-ci il ÜZRƏ hesabatını dərc edib.

24News.ge xəbər verir ki, Departamentin Gürcüstanla bağlı illik hesabatında həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin vəziyyətindən də bəhs edilir.

Dövlət Departamenti qeyd edir ki, 2022-ci il ərzində Gürcüstanın Xalq Müdafiəçisi dəfələrlə hakimiyyəti həbsdə olan eks-prezident Mixeil Saakaşviliyə vaxtında və lazımi tibbi yardım göstərməyə çağırıb.

Bununla belə, hesabatda deyilir ki, 2021-ci ilin oktyabrında Gürcüstana qayıtmazdan əvvəl Saakaşvili müxtəlif ittihamlarla, o cümlədən keçmiş parlament üzvünə fiziki hücum əmri verdiyi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə qiyabi mühakimə olunub.

ABŞ Dövlət Departamentinin dərc etdiyi hesabatda bildirilib ki, qeyri-hökumət təşkilatları və müxalifət partiyaları Gürcüstanda siyasi məhbusların olduğunu bəyan ediblər.