NATO baş katibi İrakli Qaribaşvili ilə danışıqlar aparıb

NATO baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə danışıqlar aparıb.
“Report” xəbər verir ki, NATO baş katibi bu barədə tvitterdəki hesabında yazıb.
“Baş nazirlə Qaribaşvli ilə NATO-nun tərəfdaşlığın gücləndirilməsi və Gürcüstanın demokratik islahatları barədə əla danışıqlar apardım. Biz həmçinin Rusiyanın təcavüzünə qarşı Ukraynaya dəstəyin vacibliyini müzakirə etdik”, - Yens Stoltenberq qeyd edib.