Sloveniya Ukraynaya 20 ədəd “Valuk” PDM göndərdi

Sloveniya Ukraynaya hərbi yardım çərçivəsində 20 ədəd altı təkərli “Valuk” piyadaların döyüş maşını (PDM) göndərib.
Bakupost.az xəbər verir, bu barədə Sloveiyanın xəbər portalları məlumat yayıb.
Qeyd olunub ki, ölkənin Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Texnikanın çatdırılması gizli şəkildə həyata keçirilib və Ukraynaya son partiya silah tədarükü zamanı təhvil verilib.