Seyran Ohanyana qarşı ittiham irəli sürüldü

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı irəli sürülən ittiham açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.
Qeyd olunub ki, Ohanyan barəsində açılan cinayət işi çərçivəsində sabiq nazirə qarşı səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan xüsusilə külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları irəli sürülüb.
Xatırladaq ki, bu gün Ohanyan barədə istintaq araşdırmasının nəticələri Korrupsiya ilə Mübarizə Məhkəməsinə göndərilib. Ohanyanla yanaşı, daha 12 nəfərə qarşı ittiham irəli sürülüb ki, cinayət işində həmçinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturyanın da adı hallanır.