Moskvada gələn ay II Avrasiya İqtisadi Forumu keçiriləcək


Rusiyanın paytaxtı Moskva şəhərində 24-25 may tarixlərində II Avrasiya İqtisadi Forumu keçiriləcək.

APA Rusiyanın ölkəmizdəki səfirliyinə istinadən xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç deyib.


Onun sözlərinə görə bu tədbir bu il ərzində Rusiyanın Avrasiya İqtisadi Birliyinə (AİB) sədrliyi altında keçiriləcək ən mühüm tədbir olacaq.

Myasnikoviç qeyd edib ki, forumun mövzusu “Çoxqütblü dünyada Avrasiya inteqrasiyası”dır.

Kollegiya sədri həmçinin onu da əlavə edib ki, Avrasiya İqtisadi Forumunun keçirilməsində məqsəd AİB ölkələri arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək, sahibkarlıq subyektləri arasında etibarlı əlaqələr formalaşdırmaq, investisiya qoyuluşu sahəsində daha çox effekt əldə etməkdir.

Forum çərçivəsində 35-ə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur ki, həmin tədbirlər elmi-texniki əməkdaşlıq, maliyyə sektoru, o cümlədən sənaye və aqrar-sənaye kompleksi kimi AİB çərçivəsində qarşılıqlı fəaliyyətin ən aktual sahələrini əhatə edəcək.