Həbsxana divarını dələn adam  - Bunu niyə etdi? 


ABŞ-in Corciniya ştatındakı Fulton Countridə yerləşən həbsxanada ilginc olay yaşanıb. İlk baxışda olayın çox da ilginc olmadığını düşünmək mümkündür. Çünki məhbusların həbsxana divarının dəldiyinə tarixdə çox rast gəlinib.  Sherg.az xarici mediaya istinadən xəbər verir ki, məhbuslar adətən divarları qaçmaq, azadlığa qovuşmaq üçün dəlir. Məhbus Kavian Thomasın həbsxana divarını dəlməsinin səbəbi isə fərqlidir.

 Həbsxana mühafizəçiləri K.Thomasın saxlandığı kameranın divarının dəlindiyini aşkarlayanda şoka düşüblər. Məlum olub ki, məhbus uzun müddətdir kameranın divarını dələrək tunel açıb. Əlində divar dəlmək üçün alət olmayan məhbus bunu necə bacarıb? Məlum olub ki, məhbus kamerasının divarını dələrək qonşu kameraya yol açıb. Və qonşu kameraya keçərək orada saxlanan məhbusu bıçaqlayıb. Bıçaqlanan məhbus isə K.Thomasın düşməni imiş. Həbsxana nəzarətçiləri qışqırıq səsi gələn tərəfə qaçıb və kamerada bıçaqlanmış məhbus görüblər. Onun K.Thomas tərəfindən bıçaqlandığı bilinəndə sonuncu yenidən hakim qarşısına çıxarılıb. Fulton Əyalət Həbsxanasının müdürü Curtis Clark  baş verənlər qarşısında şok olduğunu deyib.  Həbsxana müdürü məhbusun kameranın divarını əldə düzəldilən kısici alətlə dəldiyini bildirib. K.Thomasın yatağının altından 7 ədəd kəsici alət tapılıb.  Həbsxana müdürü həbsxananın köhnə, divarlarının  da möhkəmliyini itirdiyini, belə bir durumun məhbuslarla yanaşı, həbsxana əmıkdaşlarının da təhlükəsizliyini qorumaqda çətinlik yaratdığını deyib.  Yaralı məhbusun vəziyyəti yaxşılaşır, K.Thomasın divarda açdığı böyük dəliyin fotoları isə hazırda dünya mediasında dolaşmaqdadı.