Yapon kosmik gəmisi Ayın səthinə necə düşdü?


 NASA qəzanın görüntülərini araşdırıb

Amerika Milli Aeronavtika və Kosmik Tədiqqatlar Mərkəzi – NASA yapon özəl kosmik şirkətinin Ay planetinə enişi zamanı keçirdiyi qəzanın görüntülərini araşdırıb. “Hakuto-R” şirkətinə məxsus peyk Ayın səthinə enməkdə olan kosmik aparatla təması itirməsiylə vəzifəsini yerinə yetirə bilməyib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, aparılan araşdırma nəticəsində məlum olub ki, peyk eniş edən aparatın sürətini doğru təyin edə bilməyib. Eniş amanı kosmik aparat zərbə ilə Ayın səthinə düşüb. NASA AQtlas krateri yaxınlığında görülən eniş sahəsində qəzadan geriyə qalan 4 parça və Ay səthindəki bir neçə kiçik dəyişikliyi göstərən 10 görüntü əldə edib.  Bunların kiçik kraterlər və ya qəza nəticəsində ətrafa dağılmış parçalar olduğu zənn edilir. NASA dəqiq araşdırma aparmaq üçün daha bir neşə görüntü əldə etməyi planlaşdırır. NASA bundan əvvəl də Ayda baş vermiş qəzaların fotolarını əldə etmık üçün peyk vasitəsiylə çəkilişlər edib. Burada məqsəd Aydakı tdqiqatlara kölgə salmaq deyil, planetdə müşahidə edilən toz haqqında əlavə məlumatkar əldə etməkdir. Ay planetinə birpeyk və ya kosmik aparat etdiyində ətrafda toz qalxır, torpaq sovrulur və bu vəziyyət ətrafa zərər verir. Alimlər bu enişlər nəticəsində Ay səthində əmələ gələn eroziyanın səbəbini anlamağa və qarşısını almağa çalışırlar. Yapon şirkəti isə Ay səthinə enişin uöursuz olmasına baxmayaraq həyata keçirdikləri işlə qürur duyduqlarını ifadə ediblər. Onlar sonrakı Ay ziyarətləri zamanı səhvləri təkrarlamağı düşünmürlər.