Yapon kosmik gəmisi Ayın səthinə necə düşdü?

NASA qəzanın görüntülərini araşdırıb

  Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Mərkəzi – NASA yapon özəl kosmik şirkətinin Ay planetinə enişi zamanı keçirdiyi qəzanın görüntülərini araşdırıb. “Hakuto-R” şirkətinə məxsus peyk Ayın səthinə enməkdə olan kosmik aparatla təması itirməsiylə vəzifəsini yerinə yetirə bilməyib. Aparılan araşdırma nəticəsində məlum olub ki, peyk eniş edən aparatın sürətini doğru təyin edə bilməyib. Eniş amanı kosmik aparat zərbə ilə Ayın səthinə düşüb. NASA Atlas krateri yaxınlığında görülən eniş sahəsində qəzadan geriyə qalan 4 parça və Ay səthindəki bir neçə kiçik dəyişikliyi göstərən 10 görüntü əldə edib.  Bunların kiçik kraterlər və ya qəza nəticəsində ətrafa dağılmış parçalar olduğu zənn edilir. NASA dəqiq araşdırma aparmaq üçün daha bir neşə görüntü əldə etməyi planlaşdırır. NASA bundan əvvəl də Ayda baş vermiş qəzaların fotolarını əldə etmək üçün peyk vasitəsilə çəkilişlər edib. Burada məqsəd Aydakı tədqiqatlara kölgə salmaq deyil, planetdə müşahidə edilən toz haqqında əlavə məlumatlar əldə etməkdir. Ay planetinə bir peyk və ya kosmik aparat etdiyində ətrafda toz qalxır, torpaq sovrulur və bu vəziyyət ətrafa zərər verir. Alimlər bu enişlər nəticəsində Ay səthində əmələ gələn eroziyanın səbəbini anlamağa və qarşısını almağa çalışırlar. Yapon şirkəti isə Ay səthinə enişin uğursuz olmasına baxmayaraq, həyata keçirdikləri işlə qürur duyduqlarını ifadə ediblər. Onlar sonrakı Ay ziyarətləri zamanı səhvləri təkrarlamağı düşünmürlər.