Günəşdən 10 min dəfə böyük ulduzlar əmələ gəlib

Alimlər buna rəğmən, ömürlərinin çox qısa olduğunu iddia edirlər

  “James Webb” kosmos teleskopu kainatın ilk yaradılış dönəmində Günəşdən 10 min dəfə böyük ulduzlar əmələ gəldiyini təsbit edib. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu barədə “Astronomy & Astrophysics” dərgisində araşdırma dərc edilib. Araşdırmada astronom və astrofizik alimlər bu ulduzların nəhəng ölçüyə malik olmasına rəğmən, ömürlərinin çox qısa olduğunu iddia edirlər. “Indy100”-ün xəbərinə görə,  vəzifəsi kainatın mümkün qədər dərinliklərinə nüfuz edərək yaradılış dönəmini incələmək olan “James Webb” teleskopu vasitəsilə bu ulduzların izləri görülüb. İsveçrənin Cenevrə Universitetinin astrofiziki Korinne Karbonnel, "James Webb" kosmos teleskopunun topladığı məlumatlar sayəsində bu fövqəladə ulduzların varlığına dair ilk ipucu əldə edilib. Alimlər bu fikirdədir ki, bu ulduzların hamısı eyni dönəmdə əmələ gəlib. Onlar “qlobal ulduz topaları” adlanır. Tədqiqatçıların fikrincə, bu ulduzlar kainatın ilk yaradılışının qalıqlarıdır. Lakin bu ulduzlar kainatdakı ömürlərini artıq başa vurmaq üzrədir. Barselona Universitetindən tədqiqatçı Mark Gieles “qlobal ulduz topaları 10-13 milyard il yaşındadır, lakin ömürləri 2 milyon ildir. Onlardan bəziləri erkən dönəmlərdə axıb gediblər. Ancaq izləri qalıb. Tədqiqatlarımız dəstəklənərsə, bu bizə qlobal ulduz topalarını daha yaxşı tanımağımıza kömək edərdi, ulduzların yaranma sirrini öyrənə bilərdik”, söyləyib.