Everest daha bir alpinistə məzar oldu

Alpinistin cəsədi xilasedicilərin köməyi ilə aşağı endirilib

  Himalay dağlarına – Everest zirvəsinə dırmanmaq üçün yola çıxmış alman alpinist Luis Stitzingerin cansız bədəni tapılıb. “Sherg.az” xarici mediaya istinadən bildirir ki, 5 nepallıdan ibarət xilasedicilər komandası alpinistin cəsədini 8.400 metr yüksəklikdəki zirvənin ətəyində aşkarlayıb. Bu, dünyanın üçüncü ən yüksək zirvəsi olan Kanchenjunga dağıdır. Cəsəd zirvənin ətəyində tapıldığından alpinistin zirvədən enərkən həyatını faciəli şəkildə itirdiyi bildirilir. Alpinistin cəsədi xilasedicilərin köməyi ilə aşağı endirilib. Alpinistin may ayının 25-də 8.586 metr yüksəklikdəki Himalay dağının zirvəsinə əlavə oksigen balonu olmadan dırmandığı, lakin sonra onunla rabitənin kəsildiyi söylənilir. Luis Stitzinger təcrübəli alpinist olub və bundan əvvəl də 8 min metrdən daha yüksək zirvələri fəth edib. Nepal rəsmiləri bu il 12 alpinistin öldüyünü, beşininsə itkin düşdüyünü açıqlayıb. Bu gedişlə 2023-cü il Everestdə alpinist ölümləri ilə bağlı rekord ili ola bilər.