Corc Sorosun varisi məlum oldu: 25 milyard dollar sərvət…

Macarıstan əsilli məşhur milyarder iş adamı Corc Soros 25 milyard dollarlıq sərvətini oğluna köçürür.
“Wall Street Journal”a danışan Soros, sahibi olduğu şirkətlərin idarəçiliyini oğluna təhvil verəcəyini açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Sorosun şirkətlərini onun 37 yaşlı oğlu Aleksandr idarə edəcək.

92 yaşlı Sorosun ikinci evliliyindən olan Aleksandr 1985-ci ildə anadan olub.

Soros bundan əvvəl şirkətini heç bir övladına buraxmaq fikrində olmadığını bildirib. Beləliklə, o, qərarından əl çəkib.


Aleksandr Soros açıqlamasında atasından daha çox siyasi olduğunu bildirib. Soros ABŞ-da sol təmayüllü siyasətçilərə maliyyə yardımını davam etdirməyi planlaşdırdığını bildirib.

Soros gələn il ölkədə keçiriləcək seçkilərdə maliyyə rolunun olacağı mesajlarını da verib. “Nə qədər ki, qarşı tərəf bunu edir, biz bunu etməliyik”, - Soros bildirib. 

Corc Sorosun varisi gender bərabərliyi ilə bağlı daha effektiv siyasət yürüdəcəyini açıqlayıb.

Qeyd edək ki, Corc Soros 6,7 milyard dollarlıq şəxsi sərvəti ilə “Forbes”in milyarderlər siyahısında 356-cı yerdədir.
Soros ötən il sahibi olduğu Açıq Cəmiyyət Fonduna 18 milyard dollar köçürüb.
O, oğlu Aleksandr Sorosu fondun prezidentliyinə gətirib.

Turan