TBMM sədri Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana səfər edəcək.

Trend xəbər verir ki, TBMM sədri iyulun 11-də Şimali Kiprə, iyulun 12-də isə Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarova və Baş nazir Əli Əsədov ilə görüşəcək.