91 yaşlı qadın daşlaşmış döllə 60 il yaşayıb: Oğulu eşidib dəhşətə gəldi

Çində həkimə gedən və hamilə olduğu  müəyyənləşən qadın illərdir gizli saxladığı əhvalatı oğluna danışıb. Həmin hekayəni eşidən 60 yaşlı kişi göz yaşlarına hakim ola bilməyib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki , adını açıqlamaq istəməyən 60 yaşlı kişi anasını huşunu itirdikdən sonra xəstəxanaya aparıb. 91 yaşlı qadın ətraflı müayinə olunub və təsbitlər nəticəsində ortaya çıxanlar dünya mətbuatında səs salıb.

Çinin Siçuan əyalətindəki hadisədə 91 yaşlı qadının "hamilə" olduğu ortaya çıxıb. Vəziyyəti həkimlər oğluna izah edəndə 60 yaşlı kişi 'Nə?! Necə hamilə qala bilər? “Anamın 91 yaşı var” deyə dəhşətə gəlib.

Atasının illər öncə rəhmətə getdiyini və o vaxtdan anasının nəvələrinə baxdığını deyən kişi yaşlı qadının daim ev işləri ilə məşğul olduğunu bildirib. Xəstəxananın səhv diaqnoz qoyduğunu düşünən kişi anasını evə aparıb. Lakin onlar evə qayıtdıqdan sonra kənddə söz-söhbətlər dolaşmağa başlayıb. "Gələcək ana" isə təzyiqlərdən sonra ilk olaraq illərdir saxladığı sirri oğlu ilə bölüşüb.

Düz 56 il əvvəl hamilə qaldığını deyən qadın körpəsinin cəmi 3 aylıq olarkən öldüyünü, oğlunun isə həmin vaxt 6 yaşında olduğunu etiraf edib. Maddi imkansızlıq ucbatından dölünü çıxara bilməyən qadın 56 il ölü uşağını bətnində gəzdirib. Bir müddət qarın ağrısından əziyyət çəkən qadın şikayətləri bitdikdən sonra bir daha həkimə müraciət etməyib.

Hadisəni anasından eşidən 60 yaşlı kişi göz yaşlarını saxlaya bilməyib və olanları  mətbuatla bölüşüb. Anasını yenidən xəstəxanaya aparan kişi dölün ektopik hamiləlik səbəbindən öldüyünü aydınlaşdırıb. Bu  hamiləlik yaşlı qadının bədənində əlavə ət parçası kimi idi. Qarını böyütmək və mədənin bir hissəsini daraltmaqdan başqa çox da təhlükəli deyildi.

Digər tərəfdən, həkimlər qadının yaşı və sağlamlıq vəziyyətinə görə sözügedən dölü çıxarmayıb. Belə ki, 91 yaşlı qadın daşlaşmış döllə 60 il yaşayıb.

Turan