Nazirdən paylaşım: "Evdə tibbi xidmət alan 647 mindən çox xəstəmiz var"

Türkiyənin səhiyyə naziri Fahrettin Koca evdə sağlamlıq xidməti alan xəstənin görüntülərini paylaşaraq, "Alınan xidmətdən məmnunluq səviyyəsi yüksəkdir" deyə qeyd edib.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca sosial media hesabından Trabzon Yeşilova Vadisində evdə sağlamlıq xidməti alan vətəndaşın görüntülərini paylaşıb. 

Nazir Koca,  647 mindən çox evdə səhiyyə xidməti alan vətəndaşların olduğunu  qeyd edərək bunları bildirib:


 “Evdə tibbi xidmət alan 647 mindən çox qeydiyyatdan keçmiş xəstəmiz var. Biz mütəmadi olaraq izləyirik, ziyarətlərə gedirik və onların müalicələri ilə yaxından maraqlanırıq. Alınan xidmətdən məmnunluq səviyyəsi yüksəkdir. Eynilə Trabzonda olduğu kimi”.