Zelenski: Rusiyada növbəti üsyanın ola biləcəyinə dair siqnal var


Rusiyada növbəti üsyan və ya inqilab ola biləcəyinə dair siqnal var. Bundan əlavə, bir çox insan ona dəstək ola bilər.

APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski ABC News telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin üsyanı Rusiya rəhbərliyinin zəifliyini üzə çıxarıb.