NATO Baş katibi Türkiyə və İsveç rəhbərləri ilə görüşəcək

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristerssonla görüşərək İsveçin NATO-ya daxil olması imkanlarını müzakirə etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, alyansın baş katibinin sözlərinə görə, əsas vəzifə sammit üçün bütün məsələləri razılaşdırmaqdır, lakin bu təşəbbüsün uğurlu olmasına heç bir təminat yoxdur.

Qeyd edək ki, keçən həftə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və təhlükəsizlik müşavirlərinin iştirakı ilə görüş keçirilib.