NATO-nun Baş katibi: “Rusiyanın gücünü nəzərə almamaq olmaz”

“Rusiyanın gücünü nəzərə almamaq olmaz”.

“Report” xəbər verir ki, bu fikirlər NATO-nun Baş katibi Yens Stoltenberqin "Foreign Affairs" jurnalında “Daha təhlükəli dünya üçün daha güclü NATO” adlı məqaləsində yer alıb.

Onun sözlərinə görə, kimsə Rusiyanı və dünyanın üzləşdiyi təhlükələri nəzərə almaya bilməz:

“Rusiya Prezidenti Vladimir Putin azadlıqları sıxışdırır və öz ölkəsi daxilində parçalanmaları dərinləşdirir. “Vaqner” özəl hərbi şirkətinin qiyamı da bunu nümayiş etdirdi”.

Baş katibin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi tarixdə dönüş nöqtəsidir.