Şolts: İsveçin NATO-ya üzvlüyü Türkiyənin Aİ-yə üzvlü ilə əlaqəli deyil

Almaniya kansleri hesab edir ki, İsveçin NATO-ya daxil olması ilə Türkiyənin Avropa İttifaqına daxil olması məsələsi arasında "heç bir əlaqə yoxdur".

APA "Spiegel"ə istinadən xəbər verir ki, bu barədə Kansler Olaf Şolts Avstraliya Baş naziri Antoni Albanese ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Kansler Şolts bildirib ki, bu iki məsələ bir-biri ilə əlaqəli deyil. "Ona görə də mən hesab edirəm ki, bunları bir-biri ilə əlaqəli mövzu kimi başa düşmək lazım deyil".

Almaniya Kansleri vurğulayıb ki, İsveç NATO-ya daxil olmaq üçün bütün tələblərə cavab verir.

"Ümid edirəm ki, biz tezliklə İsveçin NATO-ya üzv olmasına nail olacağıq".