Erməni general azadlığa çıxır?  - Məhkəmədən müəmmalı qərar

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun işi üzrə icraat dayandırılıb.

Trend xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Konstitusiya Məhkəməsinə şikayət edəcəyi biul

Hərbi hüquqşünas Akop Yenokyan bildirib ki, Cinayət Məcəlləsinin bəzi normalarının Əsas Qanuna uyğunluğunun yoxlanılması qərara alınıb. Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılması da avtomatik olaraq təxirə salınır.

Çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz əldə edilmiş əmlakın leqallaşdırılmasında təqsirləndirilən general mart ayından həbsdədir.