Rusiya NATO sammiti vaxtı təxribatlar törədəcək - Polşa nəşri SOS siqnalı verib

Polşada NATO sammiti zamanı Rusiya  təxribatlar hazırlayır. Polşanın siyasi - hərbi elitası güman edir ki, NATO-nun Vilnüs sammiti zamanı Rusiyanın  hava hücumundan istifadə etmək və ya qeyri-qanuni miqrantlar vasitəsilə  təxribatlar törətmək ehtimalı var.

 “Ukrinform” -a istinadən "Sherg.az " xəbər verir ki, bu fikri Polşanın informasiya məkanının təhlükəsizliyi üzrə komissarı, xüsusi xidmətlər nazirinin mətbuat katibi Stanislav Jarin " Polsat News"  agentliyinə  bildirib.
 Jarin vurğulayıb ki, Rusiya NATO sammitində mütəfiqlərin  güzəştə getməməsinə calışır , üzv ölkələr arasında fikir ayrılıqlarını dərinləşdirmək  istəyir.
 "Anti -  təbliğatı  gücləndirilməsi onu göstərir ki , Rusiya Vilnüs sammitində Qərbi sərt qərarlardan imtina etməyə məcbur etmək istəyir  , müttəfiqləri qorxutmaqda davam edir", - Jarin bildirib.
 O, hesab edir ki, NATO sammiti zamanı “miqrantları təxribata cəkmək  və ya hava hücumundan  istifadə etməklə” müxtəlif  təxribatlar mümkündür.
 "Biz birləşdiyimizi göstərməklə , Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləməkdə qərarlı olduğumuzu göstərməklə buna qarşı olmalıyıq", - Jarin vurğulayıb.
 Xəbər verildiyi kimi, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək və bu sammit zamanı Ukrayna təhlükəsizlik təminatları almağa və Alyansa üzv olmaq prespektivi  əldə etməyə çalışır.

Turan