Ərdoğan Baydenlə aktual məsələləri müzakirə edib

Vilnüsdə "LITEXPO" sərgi-yarmarka mərkəzində NATO liderlərinin sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilib.

Trend xəbər verir ki, görüş zamanı dövlət başçıları gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

Görüş 1 saat 15 dəqiqə davam edib.

Türkiyə tərəfindən görüşdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun, müdafiə sənayesi rəhbəri Haluk Görgün və prezidentin baş müşaviri, səfir Akif Çağatay Kılıç iştirak edib.

Ərdoğan iyulun 12-nə planlaşdırılan mətbuat konfransında Türkiyə və ABŞ prezidentlərinin görüşü ilə bağlı açıqlama verəcək.