Britaniya Ukraynaya yeni hərbi yardım paketini elan edib

Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib.

“Report” xəbər verir ki, 65 milyon dollarlıq yeni hərbi yardım paketinə “Challenger 2” tankları üçün minlərlə sursat, 70-dən çox döyüş maşını və nəqliyyat vasitələri daxildir.

Yeni hərbi yardım paketi, həmçinin avadanlıqların təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılmasını nəzərdə tutur.