Putinin taxıl sazişlərilə bağlı təklifləri var - Ərdoğan

Qara Dəniz Taxıl Sazişinin müddətinin yenidən uzadılması istiqamətində danışıqlar davam edir.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitinin yekunlarında deyib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski sazişin uzadılmasına razıdır, Rusiya Prezidenti Vladimir Putinin də təklifləri var.